Maraqlı

Bu quşun tükü dünyanın ən bahalı lələyi oldu

23 May 2024 04:04
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyada nəsli kəsilmiş huya quşunun tükü təxminən 28 365 dollara hərracda satılıb və dünyanın ən bahalı lələyi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, lələk ilk dəfə 2010-cu ildə satılıb. Sonradan beş dəfə sahibini dəyişib.

Nadir tükün çəkisi cəmi 9 qramdır. Beləliklə də, lələk qızıldan qat-qat bahadır. Hazırda qiymətli metalın bir qramı orta hesabla təxminən 77 dollara başa gəlir. Bir huya lələyinin qramı isə təxminən 3,099 dollardır.

Canlı huya sonuncu dəfə 1907-ci ildə görülüb. Bu quşların tüklərindən bəzək kimi istifadə olunub. Hazırda huya Yeni Zelandiyanın simvollarından biridir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.