Azərbaycanda 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkirdə dəfələrlə mal-qara oğurluğu edən dəstənin bundan sonrakı planları boşa çıxdı. Çünki polis 3 nəfərdən ibarət dəstəni zərərsizləşdirib.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şəbəsi əməkdaşlarının şikayət əsasında apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elxan Qurbanova məxsus fərdi təsərrüfatdan 2 baş iri buynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən Naxçıvan sakini 29 yaşlı Məhərrəm Həsənov və Daşkəsən rayon sakini 27 yaşlı Coşqun Mikayılov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu, saxlanılan şəxslərin törətdiyi yeganə oğurluq hadisəsi deyil. Onlar bundan əvvəl də, yəni iyun ayının 18-də Göygöl sakini Şahin Rzayevlə əlbir olaraq rayonun Daşkəsənlə həmsərhəd Çaykənd kəndindəki fərdi təsərrüfatdan 4 baş iribuynuzlu mal-qara oğurlayıblar.
Pakizə Quliyeva Şəmkir Rayon Polis Şöbəsinin baş müstəntiqi:
"Müəyyən edilib ki, 3 şəxs Daşkəsən rayonundan Şəmkir çayını keçib, Şəmkir rayonuna daxil olublar. Burada vətəndaş Mahmud Qasımova məxsus fermadan 4 baş iribuynuzlu mal-qara oğurlayaraq birgə mal bazarında satıblar".
Saxlanılan şəxslər əməllərini etiraf ediblər. İlkin ifadə zamanı bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub.
Məhərrəm Həsənov, saxlanılan şəxs: "Biz Könüllü kəndinə getdik. Ordan 2 baş mal-qara oğurlayıb aparanda polis yolda bizi saxladı".
Coşqun Mikayılov, saxlanilan şəxs:"Daşkəsən rayonu ərazisindən Şəmkirə kecdik. Ordan çətinliklə də olsa 4 bas mal-qaranı Bədrəyə apardıq. Əldə etdiyimiz pulu öz aramızda böldük".
Şahin Rzayev, saxlanılan şəxs: "4 bas mal-qaranı oğurladıq, hər birini 450 manata satdıq, maşın pulunu cıxandan sonra hərəmizə 320 manat pul düsdü".
Şəmkir polisi dəstənin başqa oğurluq hadisələri törədə biləcəyini də istisna etmir. Bununla bağlı araşdırmalar davam edir. Məlum faktlar üzrə isə cinayət işi açılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
XƏBƏR LENTİ
-
Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi
-
“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye
-
Həftəsonu Azərbaycanda hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
-
Poroşenko barədə cinayət işi açıldığı iddia olunur
-
“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
-
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
-
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
-
Aşura Günü keçirilən qanvermə aksiyasında 1269 litr qan toplandı - Yenilənib
-
Bakıda "Range Rover" qəza etdi: Yaralılar var
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Bakı metrosunda yenilik: Lift olacaq
-
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır





