Kriminal

Gəncədə bir gecədə iki bıçaqlanma hadisəsi

24 Yanvar 2015 09:08
0 Şərh     Baxış: 1 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəncədə səhər saat 5 radələrində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən tələbə yataqxanasının qarşısında baş verən hadisə nəticəsində Gəncə şəhər sakini 22 yaşlı Araz Dursunov bıçaqlanıb.

Yaralı hadisə yerinə çağrılan təcili yardım maşını ilə TTYX-ya gətirilib. Həkimlər dərhal onu əməliyyat ediblər.
 

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Gəncədə daha bir bıçaqlanma hadisəsi gecə saat 3 radələrində şəhərin almüniumçular qəsəbəsi adlanan ərazidə, Metallurq idman kompleksinin yaxınlığında baş verib. Gəncə şəhər sakini 32 yaşlı Məhəmməd Bağırov qarının daxilə keçən kəsilmiş deşilmiş yarası diyaqnozu ilə TTYX-ya çatdırılıb. Həkimlər yaralını dərhal əməliyyat ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.