ABŞ-da azərbaycanlının boğazının kəsilməsinin TƏFƏRRÜATları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın İllinoys ştatında Azərbaycandan okeanın o tayına mühacirə etmiş Teymur Hüseynlini xüsusi amansızlıqla öldürən qatilin məhkəmə prosesi gedirMilli.Az virtualaz.org saytına istinadən xəbər verir ki, bu qətl hadisəsinə dair məhkəmədə baş verənlər haqda "Chicago Tribune" qəzeti yazıb.
Hadisə 2012-ci il, noyabrın 17-də İllinoysun Darien şəhərində baş verib. Bu şəhərin sakini olan 36 yaşlı Cozef Spitalli 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini onun internet vasitəsilə tanış olduğu litvalı qadının evindən oğurlayıb, daha sonra mətbəx bıçağı ilə onun boğazını kəsərək qətlə yetirib.
Məhkəmə prosesində şahid qismində dindirilən Kristina Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun keçmiş boyfrendi olub. Qadın ifadəsində qətlin C.Spitalli tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə sıçradığını hələ də unuda bilmədiyini deyib.
Kristinanın bildirdiyinə görə, o, Spitalli ilə 2011-ci ildə online tanışlıq saytlarının birində tanış olub. Bu tanışlıq dostluğa çevrilib. Spitalli və qızı Kristina və oğluna qonaq gəliblər. Lakin 30 yaşlı qadın deyib ki, onların münasibətləri 2012-ci ildə korlandı.
Təxminən həmin vaxtlarda Kristina həmin tanışlıq saytında azərbaycanlı Teymur Hüseynli ilə tanış olub. Qətlin baş verdiyi gecə Hüseynli Baltrimavicienenin mənzilinə "şam yeməyinə və birlikdə filmə baxmağa" gedibmiş.
Kristinanın bildirdiyinə görə, Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər.
Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini qətlə yetirib.
Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və öz qızını da öldürməklə hədələyib. Məhkəmədə qatilin vəkili onun azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da prokurorlar bunun əksini sübut edən dəlillər təqdim ediblər.
Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var.
"O, bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq Hüseynlinin boğazını üzüb" - deyə prokuror köməkçisi bildirib.
Dostlarının dediyinə görə, Teymur Hüseynli ABŞ-a 2010-cu ildə təhsil almağa gedib. O, Skokie şəhərindəki məktəbdə ingilis dili və kompüter elmləri üzrə təhsil alırmış. Dostları deyir ki, "Tima" çox xoşxasiyyət, sakit və savadlı gənc idi.
Xatırladaq ki, bundan əvvəl Amerika mətbuatı iki il əvvəl Massaçusets ştatının Boston şəhəri ətrafındakı evində seksual manyak tərəfindən qətlə yetirilən və cəsədəi oğurlanan, indiyədək tapılmayan azərbaycanlı miqrant Evelin Vəlibəyovanın işi haqda da geniş yazmışdı. Belə görünür ki, Amerika xəyallarının ardınca okeanın o tayına mühacirət edən azərbaycanlılar bir çox hallarda arzu etdikləri azadlıqları yox, amansız qatillərini tapmalı olurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





