Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir öpüş, silsilə ölümlər: Goranboydakı 9 faciənin təfərrüatı
5 Noyabr 2014 09:34
2 Şərh
Baxış: 3 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Goranboy qatili"nin ailəsində dəhşətli faciənin təfərrüatları
Faiq Hüseynov: "Bu hadisədən sonra ailə üzvlərimizin hərəsi bir qohum evində qalırdı, o da bu cür vəziyyətə dözmədi, intihar etdi".
Milli.Az musavat.com-a istinadən bildirir ki, oktyabrın 1-də Goranboyun Səfikürd kəndində baş verən kütləvi qətl iki nəslin məhvi ilə nəticələndi. Kənd sakini Rafiq Hüseynovun törətdiyi cinayət bədbəxtlik dalınca bədbəxtlik gətirdi. Onun həyat yoldaşı Südabə Məmmədovanı və daha altı nəfəri yer üzündən silməsi öz ailəsində də dəhşətli faciəyə səbəb oldu.
Belə ki, noyabrın 3-də "Goranboy qatili"nin qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov baş verənlərə dözməyərək özünü asaraq öldürüb. Bu zaman həyətə girən atası Müzəffər Hüseynov oğlunun asılmış meyitini görərək halı pisləşib və beş dəqiqə sonra onun da ürəyi dayanıb.
Cinayət işi üzrə istintaqı aparan müstəntiq Elnur Rüstəmov bildirib ki, intiharın qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur və iş üzrə istintaq hərəkətləri aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə ANS-ə bildirib ki, hər iki şəxsin meyiti ekspertizaya götürülüb. Son məlumata görə, noyabrın 4-də Hüseynovlar dəfn olunublar.
Ancaq müstəntiqin dediklərindən fərqli olaraq, intihar məhz 7 nəfərin öldürülməsi ilə əlaqədar olub. Axar.az-ın yazdığına görə, A.Hüseynov ailəli olub, iki övladı var. Kənd camaatı Hüseynovlar ailəsində Afiqi tərbiyəli, sakit bir insan kimi xarakterizə edir. Məlumatda bildirilir ki, məlum hadisələrdən sonra polis hər hansı insident baş verməsin deyə Hüseynovları Səfikürdə buraxmırdı. Bu ailə bir aydan çoxdur ki, müxtəlif yerlərdə yaşayırdı. Arabir Müzəffər Hüseynova gizlicə evinə baş çəkməyə polisin müşayiəti ilə icazə verilirdi. Lakin noyabrın 3-ü günorta saatlarında Afiq Hüseynov kəndə gəlməyə qərar verib. O, atasının yaşadığı evin həyətinə girib və özünü burada asıb. İntihar edən gəncin ailəsində hər hansı problemi olmadığı bildirilir. Onun intiharına qardaşının törətdiyi cinayət və kənd yerində ailənin gözdən düşməsi səbəb olub.
O, bu ağır faciəni qəbul edə bilməyib, nəslin adına ləkə gətirildiyini düşünərək intiharı seçib. Bildirilir ki, Asif ailənin bu hala düşməsində həm də atasını günahlandırıb və buna artıq dözmədiyini söyləyib.
Hüseynovlar ailəsində bu, ikinci belə intihar hadisəsidir. Yeddi nəfərin qətlindən daha əvvəl Müzəffərin Şaiq Hüseynov adlı oğlu da özünü asıb. Buna səbəb kimi onun ailədaxili problemlərinin olması göstərilir.
Baş verən dəhşətli faciə haqda isə Faiq Hüseynov danışıb. O, qardaşı Afiqin intiharını və atasının qəfil ölümünü baş verən kütləvi qətllə əlaqələndirib.
F.Hüseynov ATV-yə deyib ki, Afiq qatil qardaşının hərəkətinə tab gətirməyib: "Bu hadisədən sonra ailə üzvlərimizin hərəsi bir qohum evində qalırdı. Atam, anam, bacım, qardaşım - hərə bir yerə getmişdi. O da bu cür vəziyyətə dözmədi, intihar etdi. İnsandır da, ürəyi götürməyib, dözməyib. Atamla onun ölümü arasında 5 dəqiqə fərq oldu".
Amma bu olaydan qabaq Rafiq Hüseynovun 7 nəfəri öldürməsinin arası heç beş dəqiqə də çəkməmişdi. Qumbaranı evə ataraq hamını partlatmışdı. Əslində bu adamları da baş verən ailə terrorunun ictimai qınağı, xəcaləti öldürdü. Çünki kəndin əksər sakinləri Hüseynovlar ailəsinin Səfikürddən çıxarılmasını tələb edirdi. Goranboyun prokuror əvəzi Əmirxan müəllim də ANS-ə deyib ki, onlar bu müddətdə kənddən kənarda yaşayıblar.
Qeyd edək ki, hər şey R.Hüseynovun həyat yoldaşı Südabənin əmisi oğlu ilə öpüşüb-görüşdüyünə görə onu vəhşicəsinə döyməsindən başlayıb. Atası evinə gedən gəlin geri qayıtmayıb. Buna qəzəblənən əri qayınanası evinə gələrək hamını öldürüb.
Bu şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye