Kriminal

Ağac kəsilməsi ilə bağlı cinayət işləri başlandı

24 Fevral 2025 15:29
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və Sumqayıt şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, həmçinin Saatlı rayonu Qara Nuru kəndi, İsmayıllı rayonu Xankəndi kəndi, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində, Quba rayonu Quba-Xudat magistral avtomobil yolunun cənub hissəsində meşə fonduna daxil olmayan ümumilkdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1-ci ( ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.