Azərbaycanda qulağına səslər gələn kişidən ağlasığmaz əməl
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.
Milli.Az xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksində baş verib.
1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələrində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib. Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub. Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.
Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib:
"2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib. Ərimlə münasibətlərim yaxşı olub, o, mənə və uşağına qarşı qayğılı, diqqətli insandır. Miryunis ilə evlənəndən sonra bildim ki, təxminən 3-4 il əvvəl Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Miryunis mənə onun qulağına səslər gəldiyini və bu səslərin ona "Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü" dediyini bildirirdi. Mən bu məsələni ciddiyə almırdım, onu sakitləşdirməklə kifayətlənirdim. Hadisə baş verdiyi 7 fevral 2024-cü il tarixdə Miryunislə gün ərzində evdə olmuşuq. Həmin gecə saat 2 radələrində ərim narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başladı, yenidən qulağına səslər gəldiyini dedi. Qorxduğum üçün qayınanama zəng etdim. Mənə uşağı götürüb baldızımgilin evinə getməyimi tapşırdı. Həmin vaxt Miryunisin həyatını sonlandıacağından ehtiyatlandığım üçün baldızımgilə getmədim. Bu zaman ərim mətbəxdən bıçaq götürüb geri qayıtdı və qəfil hücum edərək məni vurdu. Qapını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızımgilin evinə getdim. Qapını açıb məni içəri saldılar, ilkin tibbi yardım göstərdilər. Sonra gedib evdən uşağı da gətirdilər. Bundan sonra məni xəstəxanaya çatdırıb əməliyyat etdirdilər".
Bıçaqlanan qadın bildirib ki, hazırda əri ilə bir evdə mehriban şəraitdə yaşayırlar və onun həbs olunmasını istəmir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ötən həftə M. Miriyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəza şərti hesab edilib və təqsirləndirilən şəxs azadlıqda qalıb. / Publika.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
XƏBƏR LENTİ
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)





