Dövlət Xidmətinin vəzifəli şəxsləri barəsində 3 cinayət işi başlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb.
Bundan başqa, Baş İdarənin "161 Qaynar xətt" əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb.
Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub.
Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.
Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilməsi təmin edilib.
Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.
Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
XƏBƏR LENTİ
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq





