5 nəfəri öldürən Əhməd sağaldıqdan sonra həbs olunacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hüquqşünas: "Mümkündür ki, pasiyent müalicəyə müsbət reaksiya versin, 3-5 ilə xəstəliyi daha mülayim fazaya keçsin və..."
Xəbər verildiyi kimi, 5 ailə üzvünün qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla o, cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhməd Əhmədovun cəzadan azad edilməsi onun məhkəmə zalından azadlığa buraxılması kimi anlaşılıb. Bu yanaşmadan çıxış edən cəmiyyətin bir çox üzvləri hiddətlərini gizlətməyib, ailə üzvlərini bıçaqdan keçirən birinə göstərilən münasibəti həddindən artıq humanist hesab ediblər.
Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov cəmiyyəti narahat edən qərarla bağlı izahverici açıqlama verib. Deyib ki, məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhməd Əhmədova Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Prokuror qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhməd Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb: "Məhkəmə baxışında Əhməd Əhmədovun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhməd Əhmədovu, bacısı Elmira Əhmədovanı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Ülviyyə Sərxan qızı Niftəliyevanı, anası Pikə Bədəl qızı Əhmədovanı və 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib. Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər 2 ekspert rəyi ilə Əhməd Əhmədovun ona istinad edilən cinayət əməlini törədərkən "Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal" növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hazırkı psixi vəziyyətinə görə Əhməd Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Əhməd Əhmədovun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdiriləcək.
Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır".
Əhməd Əhmədov sağalarsa, o, profilaktik dərmanlarla xəstəxanadan sərbəst buraxıla, cəmiyyət içinə çıxa bilərmi? Ümumiyyətlə, belə xəstələr sağalırmı?
İkincisi, məhkəmə mirasla bağlı (boş və yiyəsiz qalmış mənzillər, avtomobillər və s.) hansı qərarı verəcək, miras dövlətin nəfinə keçirilə bilərmi?
[Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim qandallanacaq?]
Natiq Ələsgərov
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, Əhməd Əhmədovla bağlı qəbul edilən qərar onun azad edilməsi demək deyil: "Əhməd Əhmədov məcburi müalicəyə göndərildiyi xəstəxanada cinayət törətmiş, lakin xəstəliyi ekspertiza rəyi ilə təsdiqlənən şəxslər üçün ayrıca, xüsusi rejimli bina yerləşir. Əhməd Əhmədov xəstəliyinin gedişatından asılı olaraq ömürlük orada qala bilər".
Natiq Ələsgərov Əhməd Əhmədovun xəstəliyinin gedişatından asılı olaraq azadlığa buraxıla biləcəyini də istisna etməyib: "Mümkündür ki, pasiyent müalicəyə müsbət reaksiya versin və 3-5 ilə xəstəliyi daha mülayim fazaya keçsin. Bu halda ekspertizanın rəyi ilə şəxsin həkim nəzarəti altında azadlığa buraxılması da mümkündür".
Natiq Ələsgərov bildirib ki, Əhmədovların mal-mülklərini qəbul edən şəxslər Əhməd Əhmədov azadlığa buraxılacağı təqdirdə ona sahib çıxa bilərlər: "Ümumi qayda belədir ki, mirası qəbul edən şəxs xəstə ailə üzvlərinə də qəyyumluq edir. Amma mirası qəbul edən xəstə ailə üzvündən imtina da edə bilər".
Elşən MƏMMƏDƏLİYEV
Musavat.com
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxılıb
-
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
XƏBƏR LENTİ
-
Pulunu avroya dəyişdirməık istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər
-
Bakıda “Prius”la toqquşan BYD aşdı - (Video)
-
Albalı mürəbbəsini qatılaşdırmağın 4 yolu





