Xaçmazda ata və oğlu davada bıçaqlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb
Köhnə-Xudat kənd sakinləri-1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.
C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun