Şou-biznes

Xəstəlikdən əziyyət çəkən Xəyyam onları qınadı: "Yanıma gəlmirlər"

22 Noyabr 2024 16:30
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəkər xəstəsi idim, görünür, bir az da özüm laqeyd yanaşdım. Yeni ürək köçürülməlidir, başqa nə deyim... Bütün işlərim yarımçıq qaldı. Əsas özüm sağalım, o da düzələr".

Milli.Az xəbər verir ki, bu fikirləri "Kulis.az"a müsahibəsində uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli səsləndirib. 

"Özüm özümlə danışıram. Nə danışım bunu mən və özüm bilirəm. İkimizin arasında sirdir. Dava edirəm özümlə. Başım daşdan daşa dəyəndən sonra çox şeyi anladım, peşman oldum.Hərəkətsizlik, düzgün olmayan qidalanma, yuxusuzluq, nəticə etibarilə gəldi belə oldu. Meyxana camiəsində hamının işlərini mən görmüşəm amma heç yerdə adımı çəkməyiblər. Birindən bircə dəfə küssəydim bəlkə o birilər dərs götürərdilər. Özümü heç vaxt gözə soxan adam olmamışam. Camaat olmayan işi öz adına yazır. Mən öz işimi deməmişəm. Trendə düşüb elə lovğalanırlar, sanki qızıl fonda düşüblər. 3-4 gün sonra unudulacaq da bu trend. Sağlığımda heç kim maraqlanmadı, yıxılandan sonra gəlirlər. Boynunda haqqım olan boyunu yerə soxduqlarımdan heç biri yanıma gəlmir" - deyə o bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.