Bakıda 1 evi 5 nəfərə satdılar - Yarım milyonluq DƏLƏDUZLUQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Star-M" və "ŞANS" mənzil tikinti kooperativinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.
İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
-
Qətldə təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə etiraf etdi
-
Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi - (Foto)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Bakıda internetə görə qonşular arasında dava - Ölən var
-
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"
-
Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir





