Etibar Əliyevin 10 il əvvəlki işi yenidən gündəmdə - Sabah məhkəmədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Texnikabank" ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev dələduzluqla bağlı cinayət işinə görə uzun müddətdən sonra yenidən hakim qarşısına çıxarılmalıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə baxış iclası təyin edib.
Məlumat üçün deyək ki, Etibar Əliyev və "Texnikabank"ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən bəzilərinə 8 ilə kimi həbs cəzası, ayrıca mühakimə edilən Etibar Əliyevə isə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə cəzanı şərti hesab edib. Həmin vaxt zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Lakin məhkəmə istintaqının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir apellyasiya baxışı dayandırılıb. Sonuncu dəfə 1 il əvvəl iş üzrə yeni iclas təyin edilsə də, təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkdiyi məlum olub. İcraat yenidən dayandırlıb.
Əvvəldə qeyd etdiyimiz kimi, məhkəmə öz təşəbbüsü ilə sabaha iş üzrə yeni proses təyin edib. Məhkəmə təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə məlumatı öyrənmək istəyir. Eks-bank rəhbərinin məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən sağalması haqda rəy verilərsə, məhkəmə qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, Etibar Əliyev 2022-ci ildə Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
XƏBƏR LENTİ
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı





