Şahid kimi məhkəməyə gətirildi, “yaddaşım itib” dedi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri - Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda şahid qismində Əlövsət Orucov ifadə verib.
Ə.Orucov tikinti və təmir işlərini həyata keçirən iki şirkətin rəhbəri olub. Şahidin dediyinə görə, nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlayıb.
Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin "otkat" şəklində geri qaytarılması olub:
"Mən Fikrət Mirzəyevlə danışıq aparmamışam. Bütün danışıqlar Mənzil İstismar idarəsinin əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınovla olub. Müqavilənin şərtinə uyğun olaraq köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı".
Şahid keçirdiyi koronavirus xəstəliyinə görə yaddaşının itdiyini, buna görə işlə bağlı detalları xatırlaya bilmədiyini bildirib:
"Bu işlə bağlı ikin istintaqın ortalarında koronavirusa yoluxdum. Xəstəliyi ağır keçirdim. Yaddaşım itib. Hələ də nə iy hiss edirəm, nə yadımda nə isə qalır".
Məhkəmə prokurorun vəsatəti ilə şahidin əvvəlki ifadəsini elan edib.
Ə.Orucov istintaq dövründə geniş ifadə verib. O, deyib ki, 2014-2019-cu illərdə Müdafiə Nazirliyi ilə müavilələr imzalayıb. 2014-cü ildə Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev olub.
Müqaviləyə əsasən şahidin şirkətlərinə 1 milyon 384 min manat köçürülüb. Həmin vəsaitin isə 117 min manatı "otkat"kimi nazirliyə qaytarılıb.
2016-cı ildən isə Fikrət Mirzəyev Mənzil İstismar idarəsinin rəisi təyin edilib. Onun dövründə şahidin şirkətləri ilə 7 milyon 41 min manatlıq müqavilələr imzalanıb. Həmin pulun isə 1 milyon 72 min manatı Müdafiə Nazirliyinə qaytarılıb".
Proses dekabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib





