İlkin Süleymanovun vəkilindən vacib açıqlama: istintaqla bağlı şok detallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Globalinfo.az-a açıqlama verib.
O deyib ki, məhkəmədə ortaya kifayət qədər dəlil qoysalar da, İ.Süleymanovu yenə də azad etməyiblər:
"Ümumiyyətlə, cinayət hadisələrində sübut etmə vəzifəsi istintaq tərəfinin üzərinə düşür. Yəni istintaq orqanı kimisə cinayət əməli törətməkdə ittiham edirsə, sübutları da ortaya o qoymalıdır. Təqsirləndirilən şəxs isə günahsız olduğunu sübut etməyə borclu deyil. Amma cinayət işi üzrə istintaq orqanı İlkin Süleymanovun cinayət hadisəsi ilə hər hansı əlaqəsinin olduğuna dair bir dənə də olsun ortaya mötəbər sübut qoya bilmədi.
Baxmayaraq ki, sübut etmə yükü bizim üzərimizə düşmür, biz yenə də məhkəməyə kifayət qədər faktlar və sübutlar təqdim etmişik. Bu da onu deməyə əsas verir ki, cinayət hadisəsinin İlkin Süleymanovla heç bir əlaqəsi yoxdur".
Vəkilin sözlərinə görə, irəli sürülən ittiham o qədər əsassız, saxta və sübutsuzdur ki, bunun əsassız, qanunsuz olduğunu müəyyən etmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur:
"Ona görə də ölkə ictimaiyyəti çox rahat şəkildə məsələni müzakirəyə çıxarıb. Məsələnin ictimai müzakirəyə çıxarılmasında xüsusilə jurnalistlərin xidməti böyük oldu. Onların sayəsində cəmiyyət artıq İlkinin günahsız olduğuna əmindir. Amma baxmayaraq ki, saysız-hesabsız sübutlar gətirmişik, yenə də adam həbs olundu".
Ə.Rzayev deyib ki, istintaq İlkinin günahsız olduğunu çox gözəl bilir:
"2 il davam edən məhkəmə prosesində məhkəməyə də aydın şəkildə bəlli oldu ki, doğrudan da İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Biz onların münasibətlərindən də sezirdik ki, İlkin Süleymanovun cinayətlə əlaqəsi olmadığına əmindirlər. Amma təəssüflər olsun ki, bilə-bilə ittihamedici hökm çıxardılar. Bu qədər açıq saxtakarlığın, təqsirsiz olduğu materialların ortada olduğu halda yenə də ittiham hökmü çıxarılması məhkəmənin iradəsinə uyğun olmadığını göstərir.
Apelyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Ümid edirik ki, bu dəfə məsələyə obyektiv yanaşaraq, ədalətli hökm çıxaracaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)





