Kriminal

Azərbaycanlı tələbə qız qrup yoldaşını bıçaqladı - Siqaretə görə

18 May 2023 18:44
Baxış: 3 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağıstanda azərbaycanlı tələbə qız siqaretlə fotoya görə tələbə yoldaşını bıçaqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, gənclər Azərbaycandan Dağıstana Pedaqoji Universitetin bədən tərbiyəsi fakültəsində təhsil almaq üçün gəliblər. Eyni yataqxanada yaşayan tələbələr uzun müddət dost kimi ünsiyyətdə olublar.

Azərbaycanlı tələbə mobil telefonla ağzında siqaret olan həmyerlisinin şəklini çəkib. Daha sonra siqaret çəkən qız valideynlərinin onun pis vərdişindən xəbər tutacağından qorxaraq tələbə yoldaşından şəkli silməsini istəyib.

Fotonun hələ də mövcud olduğunu bilən tələbə əsəbiləşərək yoldaşını qarnından bıçaqlayıb. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.