Kriminal

Bakıda 14 yaşlı oğlanı hədələyib telefonunu aldılar

1 Mart 2023 09:34
Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 14 yaşlı yeniyetmə bıçaqla hədələnib, telefonu əlindən alınıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək naməlum şəxsin evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alıb uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab Zeynalov olduğu məlum olub və o, saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.