Kriminal

Falçı Rübabə vətəndaşı aldadıb 1500 manatını aldı

21 Fevral 2023 10:43
Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naftalan şəhərində dələduzluq edən "falçı" saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Əliyeva Naftalan şəhərinə gələrək vətandaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verlib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory