Saxta iş elanları ilə insanları aldadanlar saxlanıldı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta iş elanları ilə insanları aldadan və onların bank kartlarındakı pul vəsaitləri ələ keçirən daha bir şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Cəmil Bəbirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün 51, sağlamlıq haqqında tibbi arayışın verilməsi üçünsə 17 manat pulun müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb edib. Daha sonra saxlanılan şəxs kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıb. Bank kartlarındakı pul vəsaitlərini işə düzəltmək adı altında ələ keçirən Cəmil Bəbirov bu müddət ərzində ona müraciət edən şəxslərə 100 min manatdan artıq maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cəmil Bəbirov ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı və bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?





