“Qayınanam ərinə xəyanət etmişdi, buna görə arvadımı...” - Dəhşətli cinayət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Qaradağ rayonunda 1985-ci il təvəllüdlü Rəhim arvadı Naibəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Rəhim 1990-cı il təvəllüdlü Naibənin mobil telefon vasitəsilə özünün tanımadığı şəxslə sevgi münasibətində olduğunu düşünüb. Bunu dəqiqləşdirəndən sonra Naibəni 21 oktyabr 2021-ci ildə naqilə boğaraq öldürüb.
Rəhimin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Anası da ərinə xəyanət etmişdi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim bildirib ki, Naibə ilə birgə nikahdan iki uşaqları var: "Təxminən 2 il olardı arvadımla münasibətlərim soyuq idi. Onun mənə soyuqluğunun səbəbini bilmədim. Naibənin anası da öz ərinə xəyanət etmişdi, buna görə də onun anası ilə telefonda danışmağı qadağan etmişdim. Lakin evə gələndə bir neçə dəfə Naibənin anası ilə telefonda danışanda görmüşdüm. Evimizdə bir mobil telefon olub. Ondan oğlum və arvadım istifadə edib.
Naibənin başqa mobil telefon işlətməsindən şübhələnmişdim. Lakin bunu dəqiqləşdirə bilməmişdim".
"Arvadım həyacanlı idi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 13-də evə gələn vaxt Naibə evdə yatağa nəsə qoyub: "Həmin an arvadım həyəcanlı idi. Naibədən onun nə olduğunu soruşdum. Öncə heç nə olmadığını bildirdi. Sonra telefon adapteri olduğunu, qardaşına aldığını dedi. Əsəbiləşərək onun üz nahiyəsinə şillə vurdum. Daha sonra evi axtarmağa başladım.
Həmin vaxt Naibə evdən qaçdı. Onun evdən getməsi barədə atasına məlumat verdim. Birlikdə polis idarəsinə yollandıq. Naibə barəmdə polis bölməsinə şikayət etdi. Bununla bağlı polis şöbəsində izahat verdim. Naibə həmin vaxtdan atası evində yaşamağa başladı".
"Başqası ilə danışdığından şübhələndim"
Rəhim qeyd edib ki, oktyabrın 19-da qayınatasının evinə gedib: "Naibəni qardaşı Zakirin evinə apardım. Bir neçə gün orada qaldıq. Oktyabrın 21-də saat 18 radələrində Naibəni götürdüm və onunla birlikdə ilk öncə Sahil qəsəbəsində yerləşən məscidə getdik. Naibə məsciddə bir daha anası ilə danışmayacağına and içdi.
Sonra Naibəyə evə gedərək əşyalarını yığmağı, bir müddət Sahil qəsəbəsindən getməyini istədim. Birlikdə yaşadığımız evə gəldik. Naibənin əlavə telefonu olmasından və başqası ilə danışmasından şübhələndim".
"Onu boğdum"
Rəhim deyib ki, həmin tlefon nömrəsi onun adına olub: "Həmin nömrədən çıxarış etdikdə internet mesajları olduğunuı gördüm. Mən də şübhələr yarandı. Naibəni evdə qoyaraq yaxınlıqda yerləşən marketə getdim. Oradan 3 ədəd salafan paket aldım. Evə gələrkən yaxınlıqda olan dirəkdən sallanmış telefon məftilini qırdım, jaketimin cibinə qoyub evə daxil oldum.
Həmin vaxt Naibəni qucaqladım. Ona yaxşı arvad olmadığını və bundan sonra hər şeyin yaxşı olacağını dedim. Nabədən doğrusunu danışmasını istədim. Başqa telefonunun olub-olmadığını soruşdum. O, telefonu olduğunu dedi. Mən də ona başqa kişiylə danışdığını bildirdim.
Evə gələrkən götürdüyüm telefon məftilini jaketimin cibindən çıxarıb iki əlimlə Naibənin boynuna keçirdim, onu boğdum".
"Xəyanət etdiyinə görə öldürmüşəm"
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra marketə gedib, siqaret aldıqdan sonra polis bölməsində könüllü təslim olub: "Arvadımı xəyanət etdiyinə görə öldürmüşəm. Naibə başqa telefon işlədib. Evdən qaçdıqdan sonra həmin telefonu da özü ilə aparmışdı. Elə bilirdim, Naibə anası ilə telefonla danışır, lakin o başqa şəxslə danışırmış.
Naibənin münasibət qurduğu şəxs onunla münasibətini etiraf etdi. Bildiyim qədərilə Naibənin mənə xəyanət etdiyi şəxslə Tik-tok mobil tətbiqində tanış olub və həmin şəxslə öz evlərində iki dəfə görüşüb".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib.
Cinayət işi üzrə şahid qismində ifadə verən Naibənin anası deyib ki, ərindən boşandıqdan sonra kürəkəni ona qızı və nəvələri ilə görüşməsinə imkan verməyib: "7 il idi qızım və nəvələrimlə görüşə bilmirdim. Bir dəfə Naibə mənə atasının mobil telefonu vasitəsilə zəng edərək Rəhimin hər axşam onu oyadaraq boğazına bıçaq dirədiyini, əgər Rəhim onu bir dəfə də döysə, evdən qaçaraq gedəcəyini dedi. Qızımdan Rəhimin ona bu formada rəftarının səbəbinin nə olduğunu soruşdum. Qızım səbəbi bilmədiyini dedi.
Rəhim narkotik vasitə istifadəçisi olub, onun bu pis vərdişinə baxmayaraq qızımı öldürəcəyini ehtimal etmirdim".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rəhim 10 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)





