Qadınla 2 körpəsini taksidən zorla düşürən sürücü həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Sumqayıtda müştəriyə qarşı xuliqanlıq hərəkətləri etməkdə təqsirli bilinən taksi sürücüsü həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "Liman" klinikasının qarşısında baş verib. Belə ki, taksi şirkətlərdən birinin sisteminə qoşulmuş 1988-ci il təvəllüdlü Taleh Məmmədov sifariş əsasında "Renault" markalı avtomobili ilə klinikanın qarşısındakı 35 saylı binanın yaxınlığına gələrək gözləyib. Bir qədər keçdikdən sonra xanım müştəri 2 körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü qadına onu 16 dəqiqədir gözlədiyini bildirərək irad tutub və buna görə əlavə ödəniş tələb edib. Müştəri isə bundan imtina edib. Taksi sürücüsü sükan arxasından düşərək arxa oturacağa əyləşmiş qadını və körpələrini zorla aşağı düşürüb və sürərək uzaqlaşıb.
Hadisə barədə qadının polisə müraciət etməsindən sonra axtarış tədbirləri həyata keçirilib və bir neçə gün sonra Taleh saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə zərərçəkən qadın bildirib ki, 2 uşağını özü ilə gətirdiyinə və yükü çox olduğuna görə taksiyə 2-3 dəqiqə gec yaxınlaşıb. Bu zaman sürücü onu təhqir edərək maşından düşürüb. O, həmçinin taksi sürücüsünün onları maşından endirdikdən sonra içində 10 kiloqram ət, xalça və paltarlar olan çantasını da özü ilə apardığını bildirib.
Taleh Məmmədov isə qadının dediklərini inkar edib: "Sərnişin proqramda müəyyən olunmuş vaxtda taksiyə yaxınlaşmadı, onu 16 dəqiqə gözləmək məcburiyyətində qaldım. Gəlib 2 uşaqla birgə əyləşdi. Ondan niyə gec gəldiyinin səbəbini soruşdum və əlavə pulun verilməli olduğunu bildirdim. Lakin o, pulu verməkdən imtina etdi və mənə qarşı nalayiq ifadələr işlətdi. Onları aparmaqdan imtina edərək avtomobilimdən düşmələrini tələb etdikdə qadın imtina edərək avtomobilin qapısını əli ilə saxladı. Sükan arxasından düşərək sərnişinin qapısını örtüb həmin yerdən uzaqlaşdım. Həmin vaxt avtomobilində heç bir əşya qalmayıb".
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə taksi sürücüsü 34 yaşlı Taleh Məmmədova 10 sutka həbs cəzası verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)





