Ölkə

Şirkətdən 48 min manatlıq oğurluqda ittiham olunan 7 nəfər bəraət alıb

26 Noyabr 2021 17:30
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İmişli Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bu barədə vəkili Vasif İsrafilov bildirib.

Vəkil qeyd edib ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə bütün şəxslər barəsində bəraət hökmü çıxarıb.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər - Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Ülvi Qənbərovun sədrliyi ilə baş tutub.

Məhkəmə adı çəkilən şəxslərin günahsız olduğu qənaətinə gəlib və onlar barəsində bəraət hökmü çıxarıb.

Təqsirləndirilən şəxslər "Qida Aqro" MMC-dən 48 000 manatlıq oğurluq etməkdə ittiham olunurdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.