Ölkə

Hemodializ xəstələrinin müalicə problemi - VİDEO

25 Noyabr 2021 17:26
0 Şərh     Baxış: 381

Gələcəkdə Qobustan Rayon Xəstəxanasında hemodializ şöbəsi açıla bilər

Dializ xəstəsi olan Qaradağ rayonu Ələt qəsəbəsinin 10-dan çox sakini telelərinə yazılan xəstəliklə barışsalar da müalicələri üçün qət edikləri km-lərlə heç cür barışa bilmirlər.

Onlar bildirirlər ki, böyrəklərinin fəaliyyətinin pozulması nəticəsində bədənlərində toplanan artıq maddələrdən azad olunmaq üçün qəsəbədən 12 nəfərlik qrup həftədə 3 dəfə Şirvana Səlyana və digər ərazilərə getməyə məcbur olur. Bu isə sağlamlığı ilə imtahana çəkilən insanlara əlavə olaraq mənəvi və maddi yük qatır. 2 ildir hemodializ qəbul edən 75 yaşlı iki gözünün nurunu itirən Adil Məmədov hər həftə 60 km-lik yol getməyin onun üçün eləcə də digər xəstələr üçün dözülməz olduğundan danışdı. Yolun ağırlığından xəstəliyinin daha da kəskinləşdiyini bildirən Adil müəllim Qəsəbəyə daha yaxın ərazidə yerləşən Qobustan Rayon Mərkəzi xəstəxanasında hemodializ şöbəsinin açılması üçün verlişimiz vasitəsi ilə aidiyyatı qurumlara müraciət etdi.

1-ci qrup əlil Elviya İsmayılova böyrək köçürtmək üçün donor və maddi vəsaitinin olmamasını ürək ağrısı ilə bildirdi. İki körpə anası olan, gənc xanım hər dəfə hemodializ qəbul etmək üçün övladlarını evdə yalnız qoyub getməsini göz yaşı içərisində danışaraq, Qobustan xəstəxanasında hemodializ şöbəsinin fəaliyyətə başlamamasının kadr çatışmamazlığı ilə əlaqələndirdiklərini bildirdi.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentliyin İçtimayyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında hemodializ şöbəsinin yaradılmamasının səbəbi həmin xəstəxana daxilində mövcud tibbi avadanlıqların olmamasıdır. Gələcəkdə sözügedən xəstəxanada hemodializ xəstələrinin tibbi xidmətlərdən yararlanması üçün müvaffiq şöbənin yaradılması, şöbənin avadanlıqlarla təchiz edilməsi və ştat vahidinin açılması aparıla bilər.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.