Vətən müharibəsinin qazisinə niyə əlillik dərəcəsi verilmir? - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən II Qarabağ müharibəsində iştirak etmişəm, döyüşlərin gedişində ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qələbə qazanmağımızda az da olsa payım olduğundan qürur duyuram".
Bunu Milli.Az-a açıqlamasında Sabunçu rayon sakini Həsənli Ülvi Bəkir oğlu deyib.
44 günlük Vətən müharibəsinin qazisi bildirib ki, üzərindən 1 il keçsə də, ona əlillik dərəcəsi verilmir:
"2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, II Zabratda (İstixana qəsəbəsi) anadan olmuşam. Peşəkar cüdoçu kimi idman yarışlarında iştirak edib müxtəlif mükafatlar qazanmışam. II Qarabağ Müharibəsi başlayanda əsgər kimi Milli Orduda xidmət edirdim. İlk gündən döyüşlərdə iştirak edib, komandirlərimin təşəkkürünü qazanmışam.

Ağır döyüşlərdən birində ağır yaralandım və 10 yerdən qəlpə yarası alıb xəstəxanaya yerləşdirildim. Uzun müddət ağır vəziyyətdə qaldım. Yeddi ay dizlərimdə mil gəzdim. "Füzulinin azad olunması", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşam. Və döyüşlərdə iştirak etməyimdən də qürur hissi keçirirəm. Lakin artıq bir ildir ki, yerimək, hərəkət etməyimdə ciddi problem var. Maddi cəhətdən də ailəmiz çətinlik çəkir.
Xəstəlik haqqında verilən sənədlərin əksəriyyətində əlilliyim təsdiq olunub. Bütün sənədlərimdə də bu əks olunub. Lakin bir ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Bərpa Mərkəzində sənədlərim ilişib qalıb və mənə əlillik dərəcəsi verilmir. Nazir Sahil Babayevin qəbuluna yazılsam da, qəbul etməyib. Artıq səhhətimdə də ciddi problem var. Hər hansı bir qazanc yerim də yoxdur. İşsiz valideynlərimin himayəsindəyəm. Məsələnin qanun çərçivəsində həllində aidiyyatı dövlət qurumlarının mənə köməklik göstərəcəyi ümidimi hələ də itirməmişəm".
Ülvinin atası Bəkir bəy də oğlunun səhhətinin günü-gündən onları daha da narahat etdiyini, lakin nazirliyin diqqətindən kənarda qaldıqlarından şikayətlənib:
"Ülvi oktyabrın 2-də Füzuli-Ağdam istiqamətində Üçtəpə uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb. Qol, boyun, boğaz, ayaq nahiyəsindən qəlpə yaraları alıb. İki ayağı da sınıb, sol diz oynağı dağılıb. Sol ayağında artıq oyaq yoxdur, sürtünmə gedir.

İki dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişik ki, nazirin qəbuluna düşüb, dərdimizi özünə çatdıraq, bizə "Siz gedin, müraciətinizə baxılacaq, sizə zəng edib xəbər ediləcək" deyiblər. Artıq bunun üzərindən təxminən 8-9 ay keçib. Ülvinin o zaman sol ayağında dəmir var idi, elə o vaxt getmişdik.
"Forma-88" (Hərbi hospitalın "yararsızlıq haqqında" rəyi - red.) artıq 2 ay bundan qabaq göndərilib, amma hələ də bir səs-soraq yoxdur. Hətta hospitalda oğluma II qrup əllilik dərəcəsi verilməli olduğunu qeyd ediblər. Amma hələ də bizə nazirlik tərəfindən nə hər hansı bir məlumat verilir, nə də bununla bağlı addım atılır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
XƏBƏR LENTİ
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq





