Ölkə

Şəhidlərimizin FOTOları...

17 Noyabr 2021 11:52
5 Şərh     Baxış: 4 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb. 

Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı bizə əmanət qalıb. 

 

Digər şəhidimiz leytenant Niftəliyev Ümüd Oruc oğu Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. 

Daha bir qəhrəmanımız şəhid Elçin Əliyev Şirvan şəhər Bayramlı qəsəbəsindən olub. 

Daha bir şəhidimiz Elmin Əlizadə əslən Mingəçevir şəhərindən olub. 

Daha 3 şəhidimiz  gizir Orxan Cabbarov, əsgər Elçin Ağayev, əsgər Murad Xəlilov haqda məlumat və foto olduqda xəbər yenilənəcək. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory