Ölkə

Bakıda daha 3 məktəbdə əyani dərslər bərpa olunub

17 Noyabr 2021 09:43
0 Şərh     Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.