Ölkə

Bakıda xəstəxanada hamilə öldü: Yaxınları tanınmış ginekoloqu döydü

15 Noyabr 2021 13:41
0 Şərh     Baxış: 7 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda hamilə qadın ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb. 

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.