Ölkə

Şəhid gizir Rəfail İşiyevin xatirəsi yad edilib - VİDEO

8 Noyabr 2021 16:07
0 Şərh     Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmənlə 38 gün döyüşdü, qələbəyə 6 gün qalmış şəhadətə yüksəldi...

Xezerxeber.az-ın məlumatına görə, söhbət cəlilabadlı şəhid gizir Rəfail İşiyevdən gedir.

Rəfail İşiyev 4 sentyabr 1979-cu ildə anadan olub. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində tankçı kimi xidmətdə olub. Xidmət etdiyi müddətdə bir sıra fəxri fərmanlarla mükafatlandırılıb.Vətən müharibəsinə 27 sentyabrdan  Füzuli istiqamətində qatılıb. Hadrut, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Şəhid olmamışdan bir gün əvvəl yaralanmış yoldaşlarının köməyinə çatıb.

O, noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

İgid şəhidimizin ata yurdunda anım günü keçirilib. Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri, şəhidin hərbçi yoldaşları və ailə üzvləri iştirak edib. Mərasim zamanı şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rafail İşiyev ölümündən sonra göstərdiyi igidliklərə görə "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.