Ölkə

Şadlıq sarayının inzibatçısı 4 min manat cərimələnib

29 Oktyabr 2021 11:34
0 Şərh     Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, adı çəkilən şadlıq sarayının inzibatçısı Fariz Cəfərov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı həmin şəxs 4 000 manat məbləğində cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.