Ölkə

Kənd sakinlərindən nümunəvi addım - VİDEO

8 Oktyabr 2021 15:24
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusarın Həsənqala kəndində şəhidlər üçün bulaq kompleksi inşa edilib

Şəhidlik həyatın davamıdır. Milli.Az Real TV-yə istinadən bildirir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək şəhadətə yüksələn igidlərdən 4 nəfəri Qusarın Həsənqala kənd sakinləridir. Yerli sakinlər tərəfindən məzh bu qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün kəndin mərkəzində bulaq kompleksi inşa edilib.

Şəhidlərin xatirə kompleksinin açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hərbçilər, kənd sakinləri və şəhid ailələri iştirak etdi. Çıxış edənlər bildirdi ki, ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə Həsənqala kəndindən 4 nəfər şəhid olub. Onlardan 3-ü birinci Qarabağ, 1 nəfər isə 44 günlük Vətən Müharibəsi zamanı şəhadətə yüksəlib. Mərasimdə həmçinin Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən söz açıldı. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərə həsr edilən şeirlər səsləndirdi. Yerli sakinlər hesab edir ki, şəhidlərin əziz xatirəsinə ucaldılan abidə həm də gənc nəslin vətənpərvər ruhda böyüməsində müstəsna rola malikdir.

Sakinlərin təşəbbüsünü yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımın onları çox qürurlandırdığını bildirdilər. Onlar hesab edir ki, bu canını vətənə fəda edən qəhrəmanlara xalqın böyük dəyəridir.

Sonda bulaq kompleksinin açılışı oldu və mərasim iştikaçıları tərəfindən abidə önünə tər güllər düzüldü.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.