Ölkə

Gəncədə hündürlükdən yıxılan şəhid qardaşı vəfat etdi

8 Oktyabr 2021 10:57
1 Şərh     Baxış: 1 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun hündürlükdən yıxılaraq ağır xəsarət alan qardaşı Pərviz İsgəndərov vəfat edib.

Bu barədə APA-ya onun əmisi oğlu Vəli İsgəndərov məlumat verib.

Məlumata görə, Pərviz İsgəndərov həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25 yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.