Ölkə

Bank hesablarının ələ keçirilməsilə bağlı şikayətlərin sayı açıqlandı - VİDEO

4 Oktyabr 2021 16:38
0 Şərh     Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı sakini xarici ölkələrdən birinə məxsus telefon nömrəsindən gələn zəngə cavab verməklə külli miqdarda ziyana düşüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan dilində danışan həmin şəxs Nərimanov rayon sakininə ''bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa..." deməklə onun bank kartının məlumatlarını istəyib.

Qeyd edək ki, həmin şəxsin bank kartından  4-5 min manat civarında pul kibercinayətkarlıq yolu ilə ələ keçirilib.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyir ki, aparılan təhlil və araşdırmalara görə, həmin cinayətkarlar yaşlıdan tutmuş, cavanına qədər insanları bu şəkildə aldatmağa çalışırlar. Elşad Hacıyev bu ilin 9 ayı ərzində belə faktla üzləşən zərərçəkmişlərin statistikasını da açıqlayıb.

Şöbə rəisi vətəndaşlara tövsiyə edir ki, kimliyindən asılı olmayaraq bank kartı səsli və ya yazılı şəkildə heç kimə göndərilməsin. Bank məlumatları məxfi saxlanılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.