Bu 3 ərazi Azərbaycanın nəzarətinə qaytarılır - EKSPERTLƏRDƏN AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın "RBK" xəbər saytı tərəfindən Qarabağla bağlı paylaşılan xəritə böyük müzakirə mövzusuna çevrilib.
Belə ki, sözügedən xəritədə Ağdərə, Xocalı və Xocavəndin yaxın zamanda Azərbaycanın nəzarətinə qaytarılacağı öz əksini tapıb.
Sonradan mənbə həmin paylaşımı silsə də bu, məsələnin reallığı ilə bağlı şübhələri daha da artırıb.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalları yüksək qiymətləndirib:
"Yaxın zamanlarda sözügedən ərazilərin Azərbaycanın yuridiksiyasına qayıdacağına heç kimin şübhəsi olmasın. Rusiya saytları müxtəlif məlumatlar yayırlar. Amma mən bu informasiyanın doğruluğuna inanıram və bilirəm ki, bu istiqamətdə iş aparılır.
Eyni zamanda bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə verdiyi müsahibəsində rus sülhməramlıları, həm də İranla bağlı narazılığını ifadə edib. Düşünürəm ki, bunlar diqqətdən yayınacaq məqamlar deyil. Yaxın zamanlarda bəzi digər məsələlərin də şahidi olacağıq".
Qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının sülh və ya hərbi güc vasitəsilə baş verəcəyi sualına isə Üzeyir Cəfərov bu cür cavab verib:
"Sülhməramlıların nəzarətinə baxmayaraq münaqişə onsuzda hər zaman baş verir. Sadəcə olaraq biz imkan verməməliyik ki, onlar hər hansı təxribatlar törətsinlər. Düşünürəm ki, yaxın perspektivdə regionda bizim üçün pozitiv hadisələrin şahidi olacağıq".
Siyasi ekspert, eks-deputat Cümşüd Nuriyev də Bizim.Media-ya verdiyi müsahibəsində qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının real olduğunu bildirib:
"Ağdərə, Xocalı və Xocavənd hüquqi cəhətdən Azərbaycan əraziləridir. Lakin hal-hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Buna baxmayaraq, Rusiya da gözəl başa düşür ki, "Üçtərəfli Bəyanat"da da bu öz əksini tapıb.
Rusiyada sözügedən məsələnin məhz indi qabardılmasının səbəbi isə, sentyabrın 29-da Vladimir Putinlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün baş tutacağıdır. Belə ki, Türkiyə ilə Ukrayna arasında son dönəmlər ciddi yaxınlaşma mövcuddur.
Düşünürəm ki, rəsmi Ankara bunu bilərəkdən edir və Putin Ərdoğanla görüş öncəsi bir növ Türkiyənin "yaralı yeri" olan Azərbaycanın yarasına məlhəm qoymaq istəyir. Çünki Türkiyə daha böyük tələblərlə çıxış edə bilər".
Cümşüd Nuriyev Xocalı, Ağdərə və Xocavəndin Azərbaycana qaytarılması ehtimalını yüksəldən digər vacib nüanslardan da danışıb:
"Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı da Qarabağ məsələsinə toxunub. Eyni zamanda Rusiya da başa düşür ki, bütün Qafqazın əsas söz sahibi olan Azərbaycandır və rəsmi Bakının Türkiyə, Pakistan kimi güclü müttəfiqləri var. Rusiya geri addım atmaq məcburiyyətindədir və Azərbaycan siyasi olaraq rəsmi Moskvaya "dur" deyib."
Bundan əlavə eks-deputat Rusiyanın 10 aydan sonra ilk dəfə Qarabağ ərazisi haqqında xəritədə "Dağlıq" hissəciyindən istifadə etməməsini də diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
XƏBƏR LENTİ
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib





