Ölkə

Əlilliyi dayandırılan vətəndaş - VİDEO

25 Sentyabr 2021 13:30
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Agentliyi vətəndaşın probleminə aydınlıq gətirdi

Verilişimizə müraciət edən 63 yaşlı Kərim Nəbiyev bir neçə aydır əlilliyə görə aldığı pensiyanın kəsilməsindən şikayətçidir. Kərim müəllim bir neçə xəstəliklə mübarizə apardığını, daha doğrusu, onlarla yaşamağa məcbur olduğunu deyir. Elə bu səbəbdən də 13 ildir ki, 2-ci qrup əlil kimi qeydiyyatdadır və pensiya alıb. Günlərin birində həmin pensiyanın kəsilməsi ağsaqqalı həqiqətən də çətin vəziyyətdə qoyub.

Milli.Az Real TV-yə istinadən bildirir ki, şikayətçi deyir ki, əlillik pensiyasının alınması üçün lazım olan şərtlərə əməl edib. Lazım olduğu vaxtlarda xəstəxanada da müalicə görüb. Buna ehiyacı da olub.

Problemin yaranma səbəbini və həlli yolunu isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlamaqla öyrəndik. Oradan bildirildi ki, Kərim Nəbiyevin əlilliyi 16.05.2016-cı il tarixində e-sistem tərəfindən avtomatik olaraq 5 il müddətinə uzadılıb. Şəxsin əlillik müddətinin uzadılması ilə bağlı Bakı 38 saylı şəhər poliklinikası tərəfindən e-sistemə 10.08.2021 tarixində yeni göndəriş daxil edilib. Göndərişdə əsas diaqnozun ağırlaşması kimi durğunluq ürək çatışmazlığı, ürək çatışmazlığı -II funksional sinif göstərilsə də, exokardioqramma müayinəsinin nəticəsində ürəyin atım fraksiyası 43% göstərilib ki, bu da həmin ağırlaşmaya, yəni, ürək çatışmazlığına uyğun göstərici deyil, Yanaşı xəstəlik kimi isə İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, insulin tələbli, çoxsaylı ağırlaşmalarla göstərilsə də, qan və sidiyin laborator analiz nəticələri normaldır. Həmçinin dopler müayinə ilə bağlı da heç bir qeyd yoxdur. Qeyd olunan çatışmazlıqlar səhiyyə müəssisəsi tərəfindən dəqiqləşdirildikdən sonra şəxs yenidən əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.