Ölkə

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

22 Sentyabr 2021 15:00
0 Şərh     Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ceyhun Səlimov küçəsinin bir hissəsində hərəkət 10 saatlıq məhdudlaşdırılacaq.

Milli.Az bildirir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, 22 sentyabr saat 22:00-dan 23 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.