30 ilin ən işıqlı və isti Şuşası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşada 4-5 mərtəbəli 25 binadan ibarət yaşayış kompleksi inşa olunur
Şuşa şəhəri tam olaraq daimi elektrik enerjisi ilə təmin olunur. Bunun üçün 110 kilovoltluq yarımstansiya fəaliyyət göstərir. Şuşada şəhərdaxili paylayıcı şəbəkə, transfromatorlar quraşdırılır. İlkin mərhələdə bu ilin sonunadək beş transformator quraşdırılacaq. Onların gücü müvafiq obyektlərin işıqla tam təmin edilməsinə hesablanıb.
Bunu Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Real Tv-yə müsahibəsində deyib.
O, hazırda şəhərdə istilik təchizatı sisteminin qurulmasına başlanıldığını bildirib.
Aydın Kərimov baş planın müfəssəl həllərinin artıq həyata keçirildiyini və bu işlərə mərhələ-mərhələ yerli, o cümlədən xarici investorların cəlb olunacağını deyib. Atılan mühüm addımlardan biri tarixi memarlıq abidələrinin bərpasıdır.
Artıq birinci mərhələdə 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür və yaxın 2 ay ərzində onların bərpasına başlanacaq. Prosesə şəhərin mərkəzi küçələrində yerləşən tarixi abidələrin bərpası ilə start veriləcək. Bundan əvəl isə artıq iki abidə - Mola Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi bərpa olunub.
Prezidentin xüsusi nümayəndəsi, Şuşada keçmiş sovet Kommunist Partiyasının rayon komitəsinin yerləşdiyi və daha sonra işğal dövründə qondarma rejimin şəhər meriyasının yerləşdiyi binada da təmir işləri getdiyini bildirib.
Xüsusi nümayəndə, Şuşada böyük bir layihənin - yeni yaşayış kompleksinin təməlinin qoyulduğunu da bildirib. 9 hektar ərazidə 25 binadan, çoxmənzilli, 4-5 mərtəbəli, gözəl, Şuşa memarlığına uyğun, müasir elementləri də özündə əks etdirən, infrastrukturu tam müasir olan yaşayış kompleksi istifadəyə veriləcək. Şuşada qəzalı vəziyyətə düşmüş, baxımsız vəziyyətdə olan binalar var idi. Onların yerində gözəl memarlıq üslubu ilə inşa ediləcək binalar tikiləcək, o binalarda şuşalılar yaşayıb yaradacaqlar", - deyə Aydın Kərimov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
XƏBƏR LENTİ
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)





