Ölkə

110 gün sonra nəşi tapılan şəhid - VİDEO

20 Sentyabr 2021 18:30
1 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, elə həqiqi hərbi xidmətdə olanda taleyini orduya bağlamaq qərarına gəlmişdi. Vətən borcunu ödəyib evə dönəndən cəmi bir neçə ay sonra isə yenidən MAXE kimi xidmətə başladı. Verdiyi qərarla bağlı heç vaxt tərəddüd etmədi, peşman olmadı. Daim işinin peşəkarı olmaq üçün çalışdı. Vətən müharibəsinə də ilk gündən həm bir peşəkar,həm də əsl qəhrəman kimi atıldı və şəhidlik zirvəsinə ucaldı Murad İbrahimov.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Gəncədə doğulub böyümüşdü şəhid MAXE Murad İbrahimov. 27 illik ömrünün düz 9 ilini ordu sıralarında keçirmişdi. 

Həqiqi hərbi xidmətini başa vurandan qısa müddət sonra MAXE kimi orduya dönmüşdü. Sanki ordumuzu müqəddəs bir vəzifəni gözlədiyini bilir, xidmətdən ayrı qalmaq istəmirdi. Döyüşlərə də ən öndə, ən ürəklə atılanlardan idi. 

Murov istiqamətində gedən ilk döyüşlərdə sücaət göstərən Murad oktyabrın 1-də başlayan ikinci döyüşə də ürəklə atılır, canı-qanı ilə vuruşur. Şəhid olması xəbəri doğmalarına ayın 3-də verilir. Çətin relyef şəraitində vuruşan Muradın nəşinin tapılması və dəfni isə 110 gün sonra baş tutur. 

Cüssəcə nisbətən cılız olan Murada rəisləri tərəfindən dəfələrlə arxada təminat işləri aparmaq təklif olunub. Ancaq o, hər dəfə odun-alovun düz içinə atılıb. 

Şəhid Murad İbrahimovun torpaqlarımızın azadlığı uğrunda fədakarlığı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.