Ölkə

Polisdən sürücülərə həftəsonu XƏBƏRDARLIĞI

17 Sentyabr 2021 10:47
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.

BDYPİ-dən Milli.Az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftəsonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftəsonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar.

Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün vacib işlərini həftəsonlarına saxlamasınlar.

Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.