Ölkə

Tələbə kreditlərinin veriləcəyi vaxt açıqlandı

7 Sentyabr 2021 15:48
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbələr bu tədris ilindən etibarən Təhsil Tələbə Kredit Fondundan kredit ala biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Fond artıq maliyyələşməyə hazırdır. Tələbələr bu tədris ilindən müraciət edərək fondun təqdim etdiyi kreditlərdən faydalana bilərlər.

Qeyd edək ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. Kredit iki meyar üzrə verilir. İlk növbədə, sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. Öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.