Texnologiya

"WhatsApp" milyonlarla hesabı sildi - SƏBƏB

6 Avqust 2025 11:00
Baxış: 690
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Texnologiya nəhəngi Meta fırıldaqçılıq və dələduzluq cəhdləri ilə əlaqəli 6,8 milyon "WhatsApp" hesabını silib.

Milli.Az xəbər verir ki, şirkətin verdiyi məlumata görə, bu hesabların əksəriyyəti Cənub-Şərqi Asiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən idarə olunan fırıldaq mərkəzləri ilə əlaqəli olub.

Meta-nın yaydığı açıqlamada bildirilir ki, bu mərkəzlərdə çox vaxt məcburi əməyə cəlb edilən insanlar vasitəsilə saxtakarlıq həyata keçirilir. Şirkət "WhatsApp"ın bu saxta hesabların böyük hissəsini aktivləşmədən əvvəl aşkarlayıb blokladığını vurğulayıb.

Meta eyni zamanda "WhatsApp" üçün fırıldaqçılığa qarşı yeni təhlükəsizlik funksiyalarını təqdim edib. Artıq istifadəçinin kontakt siyahısında olmayan biri onu qrup çatına əlavə etdikdə sistem xəbərdarlıq mesajı göndərəcək. Bu tədbir fırıldaqçıların insanları investisiya vədləri ilə aldadaraq saxta qruplara cəlb etməsinin qarşısını almağa yönəlib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.