Ölkə

Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

6 Avqust 2025 17:20
Baxış: 789
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur.

"Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi", - axund əlavə edib.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.