Dünya

Dünyada çimərliklər eroziya təhlükəsi ilə üz-üzədir

6 Avqust 2025 16:24
Baxış: 366
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın müxtəlif bölgələrindəki çimərliklər sahil xəttinin eroziyası və qumun yuyulması səbəbindən ciddi təhlükə altındadır. 

Milli.Az xəbər verir ki, Mayami, Barselona və Avstraliyanın Qızıl Sahili kimi ərazilərdə yerli hakimiyyətlər eroziyaya qarşı mübarizə yolları axtarır.

Eroziyanın səbəbləri arasında dəniz səviyyəsinin qalxması, fırtınalar və təbii amillər var. Qarşısını almaq üçün sahilə süni qum gətirilir, lakin bu proses bahalaşır və quma tələbat artır.

Qeyd edək ki, Barselona hər il 30 min kubmetr qum itirir ki, bu da 12 olimpiya hovuzuna bərabərdir. Eroziyaya qarşı tədbirlərə baxmayaraq, bəzi çimərliklər tamamilə yox ola bilər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.