Ölkə

Saat 16:30-da işıq kəsiləcək - Bu ərazilərdə

6 Avqust 2025 16:21
Baxış: 1 278
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.