Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib.
Trend-in məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon (məftilli və simsiz) çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30,0 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7,0 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq ediləcək.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,50 manat təsdiq edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nömrə daşınması üzrə mərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric 0,65 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində telefon nömrələrinin aktivləşdirilməsi, sabit və sellülar (mobil) telefon nömrəsinin abunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, sellülar (mobil) telefon nömrəsinin dublikatının verilməsi, abunəçilərin müraciəti əsasında sabit və sellülar (mobil) telefon nömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDV xaric 0,30 manat təsdiq edilib.
Bu qərarın 1-8-ci hissələri ilə təsdiq edilən tariflər "Lisenziyalar və icazələr haqqında" Qanunla müəyyən edilmiş qaydada verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sellülar (mobil) və sabit telefon telekommunikasiya operatorlarına şamil olunacaq.
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib, avqustun 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, avqustun 7-də qüvvəyə minəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
XƏBƏR LENTİ
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq





