Məlum olduğu kimi, bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı bildirib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: "COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir".
Milli.Az