Ölkə

Evdən çıxan 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - FOTO

28 Avqust 2021 15:52
0 Şərh     Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Suraxanı rayonunda 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Milli.Az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxlər yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslər- Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.