Ölkə

Qəhrəman şəhidimiz Səməd Hüseyinzadə - VİDEO

25 Avqust 2021 11:32
0 Şərh     Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanları ilə bənzəri olmayan zəfər salnaməsi yazdıq. O salnamə ki, bundan sonra min illər boyu qürurla vərəqlənəcək, fəxrlə anılacaq. Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən igidlərimizdən biri də şəhid Səməd Hüseynzadədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səməd Hüseynzadə 1998 ci ildə  ismayilli rayonu talistan  kəndində anadan olub.  2020-ci ildə Azərbaycan Dövlət Aqrar univerisitetini  bitirdikdən sonra hərbi xidmətə yola düşüb.Bir müddət hərbi xidmət etdikdən sonra ata-anasına zəng edərək "məni axtarmayın lazım gəlsə mən sizinlə danışacam" deyib. Məlum olub ki, Səməd vətən müharibəsinə qatılıb.

Səməd və onun yoldaşlarının  toplardan  atışı dəqiq olduğundan düşmənin xeyli canlı güvvəsini  məhv ediblər Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şidətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə Qəhramancasına ŞƏHİD olub.

Şəhid Səməd Hüseynzadə  doğulduğu kənd qəbirstanlığında torpağa tapşırılıb.Ölümündən sonra  o, '' vətən uğrunda'' , '' İgidiyə görə'' və "Ağdam, Xocavənd, Suqovuşanın azad olunmasına görə'' medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.