Ölkə

Bakıda sıxlıq olan ərazilər açıqlandı

24 Avqust 2021 09:09
0 Şərh     Baxış: 1 097
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan əraziləri açıqlayıb.

Agentlikdən Milli.Az-a veriliən məlumata görə, hazırda Bakı - Sumqayıt şossesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.

Həmçinin Ziya Bünyadov prospekti - Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə, yol-nəqliyyat vasitələrinin çoxluğudur.

Tbilisi prospekti - Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər,şəhər istiqamətində) sıxlıq var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.