Ölkə

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı - FOTO

22 Avqust 2021 15:37
0 Şərh     Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazova məxsus "VAZ 21063" markalı 10 BK 753 dövlət nömrə nişanlı avtomobili oğurlayıb.

Avtomobildən öz məqsədi üçün istifadə etdikdən sonra onu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin çöllük ərazisində yandıraraq yararsız hala salıb. Şirvan polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində S.Qasımzadə saxlanılıb və üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. S.Qasımzadənin cinayət əməli nəticəsində avtomobilin sahibinə 5653 manat maddi ziyan dəyib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.4, 186.2.2 və 231.1 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.