Ölkə

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib

22 Avqust 2021 13:18
0 Şərh     Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, püşkatmann nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.